20 İyun 2019 21:14
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində Amerika sülh danışıqlarının təşəbbüsünü üzərinə götürüb. Yəni digər tərəflərin münaqişənin həllini öz üzərinə götürmək, inhisarında saxlamaq prosesini pozur, və münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirir".

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Asim Mollazadə əlavə edib ki, hazırda ABŞ-ın icra strukturlarına erməni lobbisinə bağlı şəxslər olmadığına görə, ABŞ hökuməti beynəlxalq hüquq normaları çərçivəsində Qarabağ münaqişəsinin həllinə dəstək verir: “Burada bir məsələdə çox ciddi müzakirə mövzusu olmalıdır. Çünki Ermənistanın keçmiş rəhbərliyi olan cinayətkarlar cəbhədə hərbi əməliyyatları başlamaqla dünyaya təzyiq göstərməyə çalışırlar. Bu halda Amerika rəsmiləri Ermənistanın hüquqi rəhbərliyini sülh istiqamətində addım atmağa vadar etməlidir. Əks halda Ermənistanın gələcəyi ağır vəziyyətdə ola, bu ölkə münaqişənin həllində irəliyə bir addım belə ata bilmək iqtidarında olmaya və bölgədə stabilliyin pozulma ehtimalı ortaya çıxa bilər”.

Politoloq xatırladıb ki, Amerika bununla ikinci dəfədir ki, Qarabağ münaqişəsinin həllinə dair görüş təşkil edir: “Ümid edirəm ki, ABŞ tərəfindən bu məsələyə diqqət qorunub saxlanılacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər