Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
Teleqraf.com-un XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik iştirak edir.
Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib.