28 İyun 2019 17:20
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Teleqraf.com sualı və ona verilən cavabı təqdim edir:

“Ermənistan xarici işlər naziri dünən mətbuat brifinqində “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmaq olmaz” deyərək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun “bu günədək müzakirə olunan sənədlər üzrə danışıqlar aparanda cəbhədə heç də tam sakitlik hökm sürmürdü” fikrinə münasibət bildirib. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya “Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub. Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi. Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir. Bunu anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq, Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər