3 İyul 2019 18:43
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) mətbuatda Fransanın Azərbaycana silah satacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, XİN-in mətbuat katibi Anna Nağdalyan məsələ ilə əlaqədar açıqlama yayıb.

“Azərbaycan və Fransanın hərbi-texniki sahədəki işbirliyi Ermənistanın diqqət mərkəzindədir”, - deyə Nağdalyan bildirib.

Əlavə edək ki, Ermənistan KİV-də Fransanın Azərbaycana silah satmağa hazırlaşması barədə məlumat yayılıb.

İddiaya görə, tərəflər müasir silahların alınmasına dair danışıqlar aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər