6 İyul 2019 12:23
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.

Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.

Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir, rəsmi Bakının enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən Azərbaycanın eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir.

Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər