10 İyul 2019 18:23
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ilə Qətər əmiri Şeyx Təmim bin Həmmad Әl-Sani arasında görüş keçirilib

Teleqraf.com bildirir ki,görüşdə iki ölkə arasında iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi məsələsi əsas müzakirə mövzusu olub.

Şeyx Təmimi "gerçək lider" adlandıran Donald Tramp iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.

Qətərin ABŞ-a ciddi sərmayələr yatırdığını bildirən Tramp deyib:

Qətərdə hərbi mövcudluğumuzu davam etdiririk. Burada dünyadakı ən böyük hərbi bazalardan birini inşa etdilər. Sizinlә işləmək həqiqətən böyük bir şərəfdir".

Əmir Təmim ‘‘El-Udeyd’’ hәrbi hava bazasına baş çәkmәsi üçün Trampı Qətərə dəvət edib.

Ağ Ev Tramp ilə Şeyx Təmimin 5 müqaviləyə imza atıldıqlarını açıqlayıb.

Müqavilələr çərçivəsində Qətər ABŞ-dan 5 Boeing 777 ‘’Freighters’’ tәyyarәlәri ilә yanaşı, NASAM və Patriot raket sistemləri dә alacaq.

İmamət


Müəllif: Teleqraf.com