10 İyul 2019 18:36
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır. Mütəmadi olaraq paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə aparılan müzakirələr bunu deməyə əsas verir. Təbii ki, bütün bunlar səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət beynəlxalq aləm üçün cəlbedici olmaqla yanaşı, region və dünyaya sabitlik, sülh və təhlükəsizlik vəd edir. Azərbaycanın təşəbbüsü ilə reallığa çevrilən qlobal layihələr ölkələr arasında yeni əməkdaşlıqların meydana gəlməsinə və daha da genişlənməsinə yol açır. Bu layihələr qarşılıqlı milli maraqlara hörmət etməklə hər bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq təzahürüdür: “Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Buna baxmayaraq, bu qurumları təmsil edən qlobal güclərin nümayəndələrinin məhz Bakıda görüşmələri ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir. Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələr sırasındadır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qitələri birləşdirən, böyük güclərin hörmətlə yanaşdığı, hər zaman hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib: “Bu məkandan isə dünyaya sülh, sabitlik və multikultural dəyərləri, birgə əməkdaşlığı əks etdirən mesajlar ünvanlanır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər