Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Teleqraf.com-un qonağı olub.
Bu yaxınlarda Azərbaycan KİV təmsilçilərinin Moskvaya səfəri barədə təəssüratlarını bölüşən Müşfiq Ələsgərli Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ilə görüşdə müzakirə olunan məqamlara toxunub. O, Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov, eləcə də tanınmış jurnalist Dmitri Kisilyevlə azərbaycanlı jurnalistlərin dialoqlarından danışıb.
Ayrı-ayrı ölkələrlə Azərbaycan KİV-ləri arasında əlaqənin vacibliyini vurğulayan Müşfiq Ələsgərli Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və İrəvana qarşılıqlı səfəri ətrafında açılan müzakirələrə də münasibətini bildirib, gözləntilərini söyləyib.
O, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən bir qisminin KİV-lərə qeyri-adekvat münasibət göstərdiyini söyləyib. Müşfiq Ələsgərli qeyd edib ki, səfirliklər media ilə operativ işləməli, əməkdaşlıq etməlidir ki, xaricə yönəlik məsələlər həll olunsun.
Müsahibəni təqdim edirik: