22 İyul 2019 19:30
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla İngiltərə arasında münaqişə dünya iqtisadiyyatına təsirsiz ötüşmədi. Bir neçə gün öncə baş verən münaqişə Brend markalı neftin qiymətinin kəskin artımına səbəb oldu.

Bu sözləri Teleqraf.com-a açıqlamasında neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyib.

Xatırladaq ki, bir neçə gün öncə İngiltərə ordusuna bağlı qüvvələr Cəbəllütariq boğazında Suriyaya xam neft daşıyan tankerini saxlayıb. Buna cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu körfəzdə İngiltərəyə aid neft tankerini ələ keçirib.

Ekspertin sözlərinə görə, biri Britaniya bayrağı altında üzən, digəri isə bu ölkənin nəzarətində olan Liviyaya aid tankerlərin saxlanılması nəticə etibarilə dünya bazarına müsbət təsir etmədi, Brent markalı neftin qiymətində yenidən azalma müşahidə olunmağa başladı:

“İndi neftin bir barelinin qiyməti 62 dollardan aşağıdır, qiymət 65 və ya ondan yuxarını adlamadı. Bu da onu göstərir ki, İran tərəfinin cəhdləri hər hansı təhlükə kimi qarşılanmır. Nəticə onu göstərir ki, bəyanatlardan o tərəfə keçən addımlar bazarda impulsiv xarakter daşıyır. Yəni bu, hansısa qiymətə təsir edəcəksə, qısa müddət sürəcək. Daha sonra proseslər yenidən öz axarına qayıdacaq”.

Bu münaqişənin Azərbaycan iqtisadiyyatına təsirindən söz açan İlham Şaban qeyd edib ki, Azərbaycan ixracatının böyük hissəsi neftin hesabına formalaşır: “Büdcənin 60 faizi isə neftdən asılıdır. Məsələyə İran və İngiltərə bucağından baxsaq görərik ki, İranın cavabı dünya bazarına müsbət təsir etmədi.

Biz dünya bazarına böyük həcmli neft çıxarmasaq da, neftin ümumi qiymətinin yüksək olmasında maraqlıyıq. Amma bu o demək deyil ki, dünya bazarlarıyla rəqabət aparmamalıyıq.

Birinci yarımilin göstəricilərinə görə, Brent neftinin bir bareli 65 dollardan yuxarıdır. Bu, Azərbaycan üçün komfortlu qiymət olmasa da normal məxrəc hesab etmək olar”.

.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər