23 İyul 2019 11:59
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev iyulun 23-də Kolumbiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Dövlət başçısı Malayziyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.


Müəllif: Teleqraf.com