3 Avqust 2019 16:35
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan nümayəndə heyəti avqustun 11-12-də Türkmənistanda keçiriləcək Birinci Xəzər İqtisadi Forumunda iştirak edəcək.

“Report” “russia-armenia”ya istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyətinə başçılıq edəcək.

Bildirilib ki, forumda 1500 xarici qonaq, o cümlədən 29 beynəlxalq təşkilatı təmsil edən 50 yüksək vəzifəli nümayəndə iştirak edəcək.

Qeyd edək ki, I Xəzər İqtisadi Forumu Xəzərdə iqtisadi-ticari, sərmayə və əməkdaşlığa təkan vermək məqsədi daşıyır. Tədbirdə Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər