11 Avqust 2019 14:55
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Soçidə keçirilən sammit çərçivəsində Azərbaycan və Rusiyalı həmkarları ilə təkbətək görüş keçirəcək.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili məlumat verib. Onun sözlərinə görə, bu görüşlərdə tərəflər arasında ikitərəfli münasibətlərlə bağlı mühüm məsələlər müzakirə ediləcək.

Eyni zamanda Soçi sammitində birgə bəyanatın qəbul ediləcəyi qeyd olunub.

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 14-də keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər