12 Avqust 2019 13:50
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər Şuşa məscidini niyə təmir edirlər” sualına günlərdir cavab tapmağa çalışıram. Erməni separatçıları Şuşanı 27 ildir işğal altında saxladıqları halda dağıtdıqları məscidin bərpasına niyə bu il başlayıblar? Bu qərarı indi niyə veriblər? Bu suallara da cavab tapmağa çalışmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, erməni separatçıları illərdir işğal etdikləri torpaqlarda heç nə etmirdilər, sadəcə Ermənistandan və Suriyadan imkansız ailələri Şuşaya, Laçına və Kəlbəcərə köçürürdülər. Buna baxmayaraq dağıtdıqları infrastruktura dəymir, pul xərcləmirdilər:
“O zaman düşünürdük, yəqin ermənilər də anlayır ki, nə zamansa onlara aid olmayan Şuşanı, Laçını və Kəlbəcəri boşaltmaldırlar və əgər buna gedəcəklərsə niyə bu yerlərə pul xərsləsinlər ki?! Ancaq indi vəziyyət dəyişib.

Ermənilər son illər həm Şuşa, Laçın və Kəlbəcərə daha çox erməninin köçürülməsinə çalışır, həm də bu yerlərdə infrasturktur çalışmalarını sürətləndiriblər. Yollar tikir, kiçik müəssisələr açır, nəyisə təmir edirlər və s. Bu o deməkdir ki, ermənilər daxilən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasına hazır olsalar da Şuşa, Laçın və Kəlbəcərdən imtina etmək fikirləri yoxdur. Elə buna görə də ermənilər işğal altındakı Ağdam məscidini yox, Şuşa məscidini təmir edirlər. Hətta erməni separatçıları hipotetik olaraq Laçın və Kəlbəcərdən imtina haqqında düşünsələr də, Şuşadan ikiəlli yapışmağa çalışacaqlar. Ermənilərin Şuaşadakı məscidi təmir etmələri də məhz bununla bağlıdır. Şuşa onlar üçün Xankəndini nəzarətdə saxlamaq qədər vacibdir. Sadəcə, başqa bir sual da meydana çıxır: Ermənilər Şuşadakı məscidi kimin üçün təmir edirlər? Axı Şuşa məscidində namaz qılacaq bir müsəlman belə yoxdur”.

E.Şahinoğlu bildirib ki, ermənilərin Şuşa məscidini hansısa İran şirkəti ilə birgə təmir etməsinin arxasında xüsusi plan dayanır:

“İrəvanda da azərbaycanlıların məscidi var. 1999-cu ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olanda həmin məscidə baş çəkdim və orada ancaq bir neçə İran vətəndaşını gördüm. Ermənilər (ermənilər deyərkən 3 qüvvənin birgə fəaliyyətini nəzərdə tuturam: Dağlıq Qarabağdakı serməni separatçıları, Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi) eyni plan əsasında da Şuşa məscidini İran vətəndaşlarının istifadəsinə vermək istəyirlər. Ancaq Dağlıq Qarabağ Ermənistan deyil. Əgər İran vətəndaşı rahat İrəvana gedib oradakı məsciddə namaz qıla bilərsə, Şuşada bunu rahat edə bilməyəcək. Birincisi, Azərbaycan İran vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə, o cümlədən Şuşaya gəlişlərinə etiraz edəcək, notalar göylərdə uçuşacaq. İkincisi, Tehran Bakı ilə münasibətlər korlanmasın deyə özü vətəndaşlarını bu təxribatlardan çəkindirməlidir. Halbuki, iranlı diplomatlardan biri mənim Şuşa məscidinin təmirində İran şirkətinin iştirakına etirazıma reaksiyası belə olmuşdu: “Burda nə pis iş var ki? Niyə Azərbaycan İran şirkətinin Dağlıq Qarabağdakı məscidin təmirinə bu qədər etiraz edir?” Ona bunun niyəsini detallı şəkildə anlatdıqda mübahisə böyümüş, söhbət həmişəki kimi “Azərbaycan İsraillə niyə əməkdaşlıq edir” sualı səviyyəsinə enmişdi. Buna baxmayaraq, Tehran Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı oradakı ermənilərin “Dağlıq Qarabağ Ermənistandır” şüarından dərs götürüb. Azərbaycan ictimaiyyətinin və İran azərbaycanlılarının kəskin etirazı Tehranı erməni məsələsində diqqətli olmağa vadar edir. Digər tərəfdən ABŞ-ın sanksiyaları ilə üzləşən İranın Azərbaycanla iqtisadi və Rusiya ilə birgə regional əməkdaşlığı inkişaf etdirməyə marağı daha böyükdür. Bu səbəbdən Tehran Şuşa məscidinin bərpasına maraq göstərən şirkətlərini və Dağlıq Qarabağa qeyri-qanuni səfərlər barədə düşünən vətəndaşlarını xəbərdar etməlidir. Qayıdaq ermənilərin Şuşa məscidinin bərpası məsələsinə. Onlar bunu etməklə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, “Şuşanı heç bir halda boşaltmayacaqlar”. Tam əksinə, bu şəhərdə erməniləşdirmə siyasətini gücləndirəcəklər. Bərpa olunmuş məscid onlara bir simvol olaraq lazımdır ki, Şuşada erməni kilsəsi ilə bərabər məscid də var. Erməniləri “bəs bu məsciddə kim ibadət edəcək” sualı maraqlandırmır, bu sualın cavabını onlar sonraya saxlayıblar, hətta imkanları olsa İrandan Şuşa məscidinə bir axund da təyin edərdilər”.

Politoloq qeyd edib ki, Azərbaycan XİN işğal altındakı Şuşa məscidinin təmirinə etiraz edib:

“Ancaq bu erməni separatçılarını az narahat edir. Separatçıları heç beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu həmsədrləri “işğal altındakı Şuşa məscidini hansı məqsədlə təmir edirsiniz” sualı ilə narahat etmirlər. Demək, verilən və verilməyən bəyanatlarla kifayətlənmək olmaz. Biz elə alətlərdən istifadə etməliyik ki, erməni separatçıları özlərinə aid olmayan və heç zaman yaşamadıqları torpaqlarda məscid bərpasından, köçürmə və müəssisələrin açılması siyasətindən imtina etsinlər. Bu alətləri işə salmasaq işğal altındakı bölgələrdə erməni təxribatlarının qarşısını almaq çətin olacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər