14 Avqust 2019 11:15
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni hərbçinin təmas xəttini keçərək Azərbaycan ordusuna təslim olması Ermənistan müdafiə naziri David Tonoyanı çətin vəziyyətə salıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan ordusunun qulluqçusu Aro Kazaryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsinə münasibət bildirib:

“Ermənistan tərəfindən əsgərin ağ bayraqla sərhədi keçməsi onu göstərir ki, o, əvvəlcədən buna hazırlaşıbmış. Lakin düşmən ölkənin müdafiə naziri Tonoyanın həyasızcasına guya əsgərin itdiyi versiyasını dilə gətirməsi göstərir ki, o, çətin vəziyyətə düşüb. Əslində, bu, Tonoyan üçün gözlənilməz olmamalıdır. İllərdir ki, erməni əsgər anaları hərbi hissələrdə zorakılıq hallarına görə övladlarını hərbi hissəyə göndərmək istəmədikləri haqda bağırırlar.

Kazaryanın baş və bədən hissələrində çoxsaylı yaralar da təqsdiq edir ki, ona Ermənistanda işgəncə veriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu