“Azərbaycan, Rusiya və İran prezidentlərinin Soçi görüşünün təxirə salınması İran ətrafında baş verən proseslərlə bağlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, dövlət başçıları arasında bu formatda keçirilən görüşlər əsasən iqtisadi əlaqələri özündə ehtiva edir:
“Lakin bunun siyasi əhəmiyyəti də region baxımından Tehran üçün əhəmiyyətli idi. Sanksiyalarla üzləşən İranın bu kimi formatlarda görüşə ciddi ehtiyacı var. İran özünü bununla siyasi-iqtisadi təcriddən çıxarmağı planlayır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Moskva Suriya məsələsində İranla ciddi fikir ayrılığı yaşanması səbəbindən Soçidəki görüşü ertələyib:
“Ümumiyyətlə, üç ölkənin Soçi görüşü regionda iqtsadi və nəqliyyat layihələrinin inkişafına töhfə verir. Amma siyasi məsələlərdə hər üç ölkə ayrı-ayrı kursa malikdirlər. Buna görə də Soçi görüşünün Azərbaycana siyasi əhəmiyyəti çox aşağıdır”.