Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Teleqraf.com-un qonağı olub.
Partiya sədri Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun bir müddət əvvəl siyasi partiyalara etdiyi müraciəti şərh edib, habelə xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən qruplarla bağlı fikirlərini açıqlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov siyasi partiyalara müraciət edərək Azərbaycana qarşı xaricdə təbliğat və təsirlərə, ilk növbədə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə dəvət edib.