Əfqanıstan prezidenti Əşrəf Qani Vaşinqtona səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tolo News” telekanalı öz mənbəyinə istinadən məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, prezidentin səfəri təxirə salınıb. Səfərin təxirə salınmasının səbəbi göstərilmir.
Bir qədər öncə Əfqanıstan liderinin administrasiyasındakı mənbə bildirmişdi ki, Qani sentyabrın 7-də Vaşinqtonda amerikalı həmkarı Donald Trampla danışıqlar aparacaq.