10 Sentyabr 2019 11:37
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirləri oktyabrın 23-24-də Bakıda təşkilatın sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, oktyabrın 21-22-də paytaxtımızda sammitə hazırlıq məqsədi ilə Qoşulmama Hərəkatında iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin görüşü də keçiriləcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər