“İranda keçirilən 51-ci Erməni Olimpiadasında Azərbaycanın işğal olunmuş Qarabağ ərazisindəki separatçıların iştirakına icazə vermək separatizmə dəstək hesab olunmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin iddiasına görə, İranda keçirilən bu olimpiada birbaşa rəsmi Tehranın icazəsi ilə reallaşır və burada Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddə İran hakimiyyəti məsuliyyət daşıyır:
“Tehranın Azərbaycanın ərazi bütövlüyünü sözdə tanımasına baxmayaraq, belə bir tədbirdə separatçılara verdiyi dəstək işğalçının yanında olmaq deməkdir. İranın Şuşada məscidin bərpasını həyata keçirməsi də separtçılara dəstəyin ifadəsidir.
Biz İrana qarşı bu məsələdə güzəştə getməməliyik. İran bilməlidir ki, Qarabağdakı separatizmə dəstək versə, Azərbaycanın müvafiq addımları ilə üzləşəcək”.