19 Sentyabr 2019 18:33
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzilərinin sevinərək danışdıqları Ermənistandakı inqilabın nəticələri artıq görünür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov belə deyib.

Ekspert qeyd edib ki, Baş nazir Nikol Paşinyan ilyarım ərzində verdiyi vədlərin heç birinə əməl etməyib:

“Son üç gün ərzində iki nazir istefa verdi və bu, son deyil. Qarşıdakı bir ay ərzində daha bir neçə nazirin istefası gözləniləndir. Paşinyanın “Mənim Addımım” bloku daxilində qopmalara start verildi.

Erməni mediasının yazdığına görə, Paşinyan həftə sonunda Nyu-York səfəri çərçivəsində nə Tramp, nə də Pompeo ilə görüşə biləcək. ABŞ tərəfi növbəti dəfə Trampla görüşmək istəyən Paşinyanın üzünü sillə ilə qızartdı”.

Zaur Məmmədov ABŞ Prezidenti Donald Trampla yanaşı, Rusiya başçısı Vladimir Putinin də Paşinyanla görüşdən imtina etməsinə diqqət çəkib:

“Oktyabr ayında Avrasiya İttifaqının İrəvanda keçiriləcək sammiti çərçivəsində Putin Paşinyanın görüş təklifini rədd edib. Əslində Rusiya lideri İrəvana gəlməyəcəkdi, sadəcə protokol qaydalarına uyğun olaraq, təşkilatın iclasında iştirak etmək üçün Ermənistana gələcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər