23 Sentyabr 2019 18:58
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Rusiya münasibətlərində heç də xoş mərhələ yaşanmır. Rusiyanın cinayətkar hesab etdiyi vətəndaşı Ermənistandan siyasi dəstək alıb və hazırda Yerevanda yaşayır. Bundan başqa Dağlıq Qarabağda separaçı rejimin keçirdiyi “bələdiyyə seçkilərində” Nikol Paşinyana yaxın şəxslər daha çox yer tuta bilib. 2020-ci ildə isə separatçı rejimin həm prezident, həm də parlament “seçkiləri” keçiriləcək. Böyük ehtimalla bu seçkilərdə Paşinyana yaxın şəxslər irəli çıxacaq. Rusiya da anlamağa başlayıb ki, onların marağına uyğun olmayan proseslər gedir.

Bu fikirləri Teleqraf-com-a professor Əli Abbasov Ermənistan-Rusiya münasibətləri və Rusiya lideri Putinin oktyabrın əvvəllərində Yerevana nəzərdə tutulan səfərini şərh edərkən deyib.

Əli Abbasov hesab edir ki, Putinin Yerevan səfəri zamanı Ermənistan paytaxtında cəmi bir neçə saat qalacağı və Ermənistan baş naziri Paşinyanla ikitərəfli görüşlər keçirməyəcəyi haqda xəbərlər yuxarıda qeyd olunan problemlərdən qaynaqlanır: “Hər halda onlar arasında vəziyyət yaxşı deyil. Ermənistanın keçmiş iqtidarı və hazırda müxalifətdə olan qüvvələr də Paşinyana qarşı aktiv iş aparır. Bu qüvvələr Rusiya ilə sıx əlaqələrə malikdir. Hətta sabiq prezident və Paşinyan hökumətinə qarşı müxalifətin başında duracaq Köçəryan həbsxanaya atılıb. Belə iddialar vardı ki, Putin Yerevan səfəri zamanı Köçəryanla görüşmək niyyətindədir. Buna cavab olaraq Paşinyana yaxın bir QHT rəhbəri məqaləsində açıq qeyd edirdi ki, əgər Putin arzu edirsə, Köçəryanla həbsxanada görüşsün. Bütün bunlar göstərir ki, Kremlin Ermənistan hakimiyyəti ilə isti münasibətləri yoxdur. Əlbəttə, tərəflərin heç biri bunu olduğu kimi göstərmək istəmir. Amma hamı başa düüşür ki, münasibətlər gərgindir. Hesab edirəm ki, bu maraqlı məqamdır və Azərbaycan tərəfi bunu diqqətlə izləməli, yaranan vəziyyətdən öz maraqları üçün istifadə etməlidir”.

Xatırladaq ki, erməni mətbuatı iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin Yerevana səfəri zamanı burada qalmayacaq, sadəcə Avrasiya İttifaqı çərçivəsində görüşlərdə iştirak edib, Moskvaya qayıdacaq. Məlumatda qeyd edilir ki, Prezident Putin hətta liderlərin şərəfinə verilən rəsmi şam yeməyində də iştirak etməyəcək. Ən əsası isə erməni tərəfinin Paşinyanla Putinin ikitərəfli görüş keçirməsi təklifinin Kremli tərəfindən rədd edildiyi vurğulanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər