24 Sentyabr 2019 14:40
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər", - D.Peskov bildirib.

O əlavə edib ki, Rusiya prezidenti ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Builki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər