24 Sentyabr 2019 19:23
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə ikinci dəfə Amerikada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilir. Mənim qənaətim belədir ki, Ermənistanı danışıqlar masasına Amerika oturdur.

Bu sözləri Teleqraf.com-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında baş tutan görüş haqqında danışarkən deyib.

Politoloq bildirib ki, Nyu-York görüşünü başqa cür qiymətləndirmək mümkün deyil: “İndiki mərhələdə danışıqlar prosesində ABŞ aktivlik nümayiş etdirir. Onun məqsədi regionda maraqlarını təmin etmək, müharibə riskinin qarşısını almaq ola bilər. Aydındır ki, danışıqlarda Rusiya və ABŞ-ın hər birinin öz maraqlarını güdür”.

Rüstəm Məmmdov xatırladıb ki, nazirlər arasında görüş keçirilsə də, hansı məsələlərin müzakirə edildiyi, hansı razılaşmaların əldə olunduğuna dair informasiya yoxdur: “Əslində danışıqlar uzun illərdir gedir, amma nəticə yoxdur. Erməni tərəfi danışıqların aparılmasında və sülhün əldə edilməsində maraqlı deyil. Mənim fikrimcə, müharibə ideyası genişləndikcə erməni tərəfi danışıqlara daha çox meyl edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər