22 Oktyabr 2019 13:25
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə məsələyə baxıb.

Teleqraf.com xəbər verir ki, konvensiya haqqında deputatlara Ailə, uşaq, qadın komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Məlum olub ki, Azərbaycan Respublikası sözügedən konvensiyaya əlavə qeydlərlə qoşulub. Sözü gedən qeydlər Azərbaycanın işğal altında olan ərazilərilə bağlıdır.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edib.

Deputat Asim Mollazadə bu addımı yüksək qiymətləndirib və təklif edib ki, İstanbul Deklarasiyası da ratfikasiya olunsun.


Müəllif: Cavad