3 Yanvar 2020 16:24
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı mətbuat buraxılışında bildirilib.

Qeyd olunub ki, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla XİN-lərarası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər