17 Yanvar 2020 12:33
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşü yanvar ayına planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, görüşün yeri və vaxtı dəqiqləşdirilir.

Qarşıdakı görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.


Müəllif: Teleqraf.com