20 Yanvar 2020 22:26
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşadan Ukraynaya daxil olmaq istəyən Rusiyanın 4 aktyoru ölkəyə buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb kimi aktyorların işğal edilən Krımda teatr səhnəsinə çıxması olub.

Rus mediasında qeyd olunur ki, teatr aktyorları Ukraynada səhnəyə çıxmaq məqsədilə bu ölkəyə daxil olmaq istəyiblər. Ancaq Sərhəd Xidməti onları saxlayaraq ifadələrini alıb, daha sonra geriyə-Polşaya göndərib.

Ukrayna Sərhəd Xidməti ölkəyə buraxmadıqları rus aktyorların adını açıqlamayıb, amma bu istiqanmətdə araşdırma aparıldığını bildirilib. Rusiya tərəfi isə aktyorların Krımda tetar səhnəsinə çıxdıqları üçün Ukraynaya buraxılmadığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər