20 Yanvar 2020 22:55
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində gərginliyin aradan qaldırılmasında Avropa Birliyi (AB) maraqlı olmalıdır. Brüsselin bölgəyə müdaxilə səviyyəsindən məmnun deyilik. Bu hal AB-nin və onun üzvü olan ölkələrin maraqlarına uyğun deyil. Şərqi Aralıq dənizi AB ilə qonşudur və burada baş rolu oynamaq məcburiyyətindəyik. Çünki cərəyan edən proseslər bölgəyə də təsir edir.

Teleqraf.com xəbər verir ki, bu sözləyi Kiprin yunan tərəfinin xarici işlər naziri Nikos Hristodulidis deyib.

O, əlavə edib ki, bölgənin perspektivi AB-nə yardımçı ola və əhəmiyyətli şəkildə onu gücləndirə bilər: “Brüsselə yanaşmamız budur və bu siyasətin tətbiq edilməsinə müsbət şəkildə təsir etməyə hazırıq”.

Türkiyənin hərəkətlərini izlədiklərini söyləyən nazir iddia edir ki, Türkiyə beynəlxalq hüquqa diqqət etməyən ölkədir: “Məhz bu səbəbdən də Kipr problemi ən qısa müddətdə həllini tapmalıdır. Çünki Türkiyənin Kiprdən getməsini təmin etməyimizin yolu problemin həllindən keçir. Əks halda Türkiyə Kiprdə varlığını davam etdirəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər