Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib.
Teleqraf.com-un məlumatına görə, kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.
Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb.