29 Yanvar 2020 16:42
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərlə bağlı 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafa Dibirov və digərlərinin qeydə alınmış namizəd Nəsib Məhəməliyevlə bağlı şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov bildirib ki, şikayətdə 23 yanvar 2020-ci il tarixində “Xəzər” TV-nin “Səni axtarıram” verilişində N.Məhəməliyevin təbliğatının aparıldığı iddiası əksini tapıb:

“Müraciətdə adları keçən subyektlərdən məlumatlar alınıb. “Xəzər” Televiziyasına sorğu verilib. Nəsib Məhəməliyevin proqramda iştirakının olub-olmadığı soruşulub. “Xəzər” TV-dən verilən şifahi məlumatda 23 yanvar tarixində Nəsib Məhəməliyev və ya onun maraqlarını təmsil edən şəxslərin verilişdə iştirak etmədiyi bildirilib.

Həmçinin, əldə etdiyimiz məlumatda yardım edilmiş Babayeva Yeganə Nadir qızının adının ümumiyyətlə, 109 saylı Balakən seçki dairəsinin seçici siyahında olmadığı, onun Binəqədi sakini olduğu bildirilib. Nəsib Məhəməliyev özü isə bildirib ki, yalnız okyabr ayında sözügedən verilişdə bir xəstə uşağın müalicəsi üçün marafon keçirilib. Ailəsi ilə bigə marafona qoşulub”.

Şikayət əsassız sayıldığından təmin edilməyib.


Müəllif: Səxavət