MSK-nın bügünkü iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş şikayətlərə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildrib ki, 86 saylı İsmayıllı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov MSK-ya şikayət edərək, həmin dairə üzrə namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığının olduğunu bildirib.
O qeyd edib ki, bu məsələ araşdırılıb və Şahvələdovun Rusiya Federasiyası vətəndaşı olduğu məlum olub.
Müzakirələrdən sonra MSK Məzahir Şahvələdovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edib.