9 Fevral 2020 21:40
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün hər şey ideal hazırlanmışdı.

Teleqraf.com-un məlumatına görə, bunu almaniyalı deputat Uli Henkel mətbuat konfransında deyib.

O, müşahidə etdiklərindən məmnun qaldığını deyib:

“Hər şey qaydalara uyğun olub və biz məmnunluqla qeyd edirik ki, hər şey seçkilərin keçirilməsi üçün ideal hazırlanmışdı. Mən seçkilərə hazırlığın səviyyəsindən yaxşı mənada təəccübləndim”.

O qeyd edib ki, heç bir seçkidə bu qədər çox müşahidəçi görməyib:

“Bu onu ifadə edir ki, dövlət maksimal şəffaflıq istəyir, biz də bunun məhz bu cür olduğunu təsdiq edirik”.

Digər almaniyalı deputat Ulrix Zinger öz növbəsində təsdiq edib ki, seçkilər maksimum açıq və şəffaf keçib:

“Bülletenlərlə bağlı heç bir problem aşkar olunmayıb”.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər