10 Fevral 2020 09:22
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının seçkinin ilkin nəticələri ilə bağlı elan etdiyi rəsmi açıqlamada diqqəti ən çox çəkən dairələrdən biri də 79 saylı İmişli seçki dairəsidir.

Axar.az xəbər verir ki, həmin dairənin favoritlərindən bir də Regional Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, AXCP sədrliyinə iddiaçı Razi Nurullayevdir.

Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələrinə görə, Razi Nurullayev 49% səslə liderlik edirdi. Bu sahədə ixtisaslaşan "Opinion Way" onun nəticələrinin rəsmi nəticələrdən 5-7 faiz fərqlənəcəyinə iddialı idi.

Lakin rəsmi sayılmada “balta kökündən vurulkdu”. Belə ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, bu dairədə lider R.Nurullayev deyil, Murad Fərzəliyevdir. Maraqlıdır ki, M.Fərzəliyev cəmi 23,7%-lə liderlik edir.

Belə çıxır ki, R.Nurullayevlə bağlı "Opinion Way" 5-7 faiz deyil, ən azı 26 faiz (və daha çox) yanılıb.

Aldığımız məlumata görə, bu dairədə hazırda ciddi araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər