10 Fevral 2020 12:39
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilər rəqabət şəraitində, azad, şəffaf və demokratik seçkilərin prinisplərinə uyğun təşkil edilib.

Teleqraf.com xəbər verir ki, bunu MDB-nin icraiyyə komitəsinin sədrinin birinci müavini, MDB Müşahidə Missiyasının rəhbəri Viktor Quminskiy bildirib.

O, qeyd edib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin təşkilində davamlı və səmərəli iş görüb: "Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə məqsədilə treninqlər də təşkil olunub. Biz baş çəkdiyimiz dairə və seçki məntəqlələrində lazım olan informasiyanı, suallarımıza cavabı dərhal ala bilirdik. Sevindirici haldır ki, parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı həddən artıq çox olub. Bu isə ondan xəbər verir ki, insanların seçim etmək, ən layiqli namizədi seçmək imkanı olub. Bundan əlavə, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabərhüquqlu şərait yaradılıb".

Missiya rəhbəri eyni zamanda vurğulayıb ki Azərbaycan Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərə ölkə qanunvericiliyinə uyğun şəkildə baxıb. Bundan əlavə, missiya rəhbəri qeyd edib ki səslərin sayılması zamanı müşahidəçilərə heç bir maneçilik törədilməyib: "Belə ki, həm yerli, həm də beynəlxalq müşahidəçilər istədikləri məntəqələrdə səslərin sayılması prosesinə qatıla bilərdi".

Quminskiy qeyd edib ki, fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkiləri sakit şəraitdə keçib: "Seçkilər çox yaxşı şəkildə təşkil olunub, seçki məntəqləri səsvermə üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub.Bizim Misisya üzvlərimiz 1913 seçki məntəqəsində seçki prosesini izləyib. Missiya üzləvləri səs sayma prosesində iştirak edib və onlar heç bir mane ilə qarşılaşmayıblar. MDB missiyası vurğulayır ki, keçirilmiş seçkilər Azərbaycanda siyasi rəhbərliyin yenilənməsində, ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər