Mərkəzi Seçki Komissiyasının Ekspert Qrupunda hazırda seçki pozuntularına dair araşdırılan videomaterialların sayı 220-dən çoxdur.
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov bildirib.
O qeyd edib ki, şikayətlər üzrə videomateriallar 30 dairəni əhatə edir: “Pozuntularla bağlı videolarıın sayı dairələr üzrə artmayıb, məntəqələr üzrə artıb. Təxminən 116 məntəqəni əhatə edir”.
Qabil Orucov deyib ki, son günlər quruma təkrar videolar daxil olub: “Onların içərisində yalnız 5 video-görüntü təkrar deyil”.
MSK sədri Məzahir Pənahov bildirib ki, təkrar olmamaq şərti ilə kimdə nə video-görüntü varsa, komissiyaya göndərsin.