Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Litvanı Milli Günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, XİN təbrik mesajını rəsmi Tvitter səhifəsində yerləşdirib.
"Litvanın Milli Günü münasibətilə dost Litva xalqını ürəkdən təbrik edirik. İnanırıq ki, Litva və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda dostluq və tərəfdaşlıq münasibətləri xalqlarımızın xeyrinə davam edəcəkdir", - deyə XİN-in təbrik mesajında bildirir.