17 Fevral 2020 17:06
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 68 seçki dairəsinin 179 seçki məntəqəsi üzrə 385 videomaterialı araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətlərin müzakirəsi zamanı komissiya sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısı araşdırılır.

“Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”, – deyə M.Pənahov qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər