"Azərbaycan Respublikasının Milli Məclisinə bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər də genişmiqyaslı islahatların tərkib hissəsidir".
Teleqraf.com xəbər verir ki, bu fikir Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Qeyd olunub ki, beynəlxalq müşahidəçilər bu seçkilərin dünya standartlarına uyğun, obyektiv, ədalətli və tam şəffaf şəraitdə keçirilməsini yüksək qiymətləndirib, bu seçkilər əsl vətəndaş fəallığı nümunəsinə, xalqın iradəsinin sərbəst, azad ifadəsinə, bir sözlə, demokratiyanın təntənəsinə çevrilib.