21 Fevral 2020 12:58
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

Teleqraf.com xəbər verir ki, iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb.


Müəllif: Teleqraf.com