21 Fevral 2020 17:37
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası seçki pozuntularına dair araşdırmanı 3 istiqamətdə aparır.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, birinci istiqamət dairə seçki komissiyalarından təqdim olunan sənədlər, ikinci istiqamət bilavasitə MSK-ya daxil olan materiallardır. Üçüncü istiqaməti isə sosial şəbəkələrdə öz əksini tapan seçki pozuntuları təşkil edir.

MSK sədri onu da əlavə edib ki, sosial şəbəkələrdə əksini tapan seçki pozuntuları 68 seçki dairəsi üzrə 179 məntəqəni əhatə edir və ümumilikdə 380 videogörüntüdən ibarətdir.


Müəllif: Səxavət