Mərkəzi Seçki Komissiyasının iclasında 105 saylı Tovuz seçki dairəsi üzrə namizəd Raul Məmmədovun şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, şikayətçi öz şikayətində seçki dairəsində qanun pozuntularına yol verildiyini iddia edib.
İlkin Şahbazov araşdırma zamanı bu iddiaların təsdiqini tapmadığını vurğulayıb. O, DSK-nın qərarının qüvvədə saxlanılmaısnı təklif edib.
Müzakirə zamanı 28 saylı seçki məntəqəsində səsvermə qutusuna topa bülleten atılmasına dair iddia öz təsdiqini tapıb.
MSK sədri Məzahir Pənahov bu məqamın yekun protokolda öz əksini tapacağını vurğulayıb.
Müzakirədən sonra şikayətin təmin olunmaması ilə bağlı qərar verilib.