25 Fevral 2020 16:36
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Müraciətlər barədə məlumatı MSK katibi Arifə Muxtarova, MSK-nın və Eksepert qrupunun üzvləri çatdırırlar.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi daxildir.

Bundan əlavə gündəliyə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.


Müəllif: Səxavət