Mərkəzi Seçki Komissiyasının iclasında 110 saylı Zaqatala seçki dairəsi üzrə namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
O qeyd edib ki, şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 24 və 26 saylı məntəqələrində səsvermənin nəticələri ləğv edilməlidir.
Hər iki namizədin iştirakı ilə keçirilən müzakirədən sonra 110 saylı Zaqatala seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.