27 Fevral 2020 17:28
4 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada Rusiya və Türkiyə arasında elan olunmamış lokal savaş gedir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Ekspertin fikrincə, son iki gündə Türkiyənin dəstəklədiyi qüvvələr İdlibdə ciddi uğurlara nail olub:

“Strateji əhəmiyyətli Neyrab və Sarakib məntəqələri nəzarətə götürülüb. Buna cavab olaraq Rusiya bombardmanların intensivliyini artırıb. Dünənki avia zərbələr nəticəsində 2, bu gün isə 3 türk əsgəri həlak olub.

Kreml əvvəlcə Ərdoğan-Putin-Merkel-Makron dördtərəfli görüşünün, sonra isə Ərdoğan-Putin ikitərəfli görüşünün keçiriləcəyinə dair Türkiyə prezidentinin açıqlamalarını təkzib edib”.


Müəllif: Mənsur Rəğbətoğlu