13 Mart 2020 12:02
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəər verir ki, iclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.

Spiker deputatları salamladıqdan sonra onları qeydiyyatdan keçməyə dəvət edib. Bildirib ki, gündəliyə keçməzdən əvvəl deputatlara deputat vəsiqələri təqdim ediləcək: “MSK sədri Məzahir PƏnahov və MSK üzvləri buradadır”.

Qeyd edək ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə məsələ və digər qanun layihələri müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər