Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Teleqraf.com xatırladır ki, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay 0 bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.
Bəzi deputatlar müddətin 3 il uzadılmasını təklif edib. Deputatların suallarını cavablandıran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, əsas məqsədi əmanətlərin qorunması ilə bağlıdır: “Bu nə dollar, nə də əmanətlərin başqa valyutaya çevrilməsi ilə əlaqədardır. 9 ay həm də ona görədir ki, ilin sonuna qədərki müddəti əhatə etsin, sonra yeni mexanizmlər qurulacaq. Əmanətlərin orta müddəti 1 ildir. Odur ki, müddətin 9 ay uzadılması keçərlidir. Mən qanun layihəsinə dəyişikliyin səsə qoyulmasını təklif edirəm”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.