13 Mart 2020 14:29
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Seçki Məcəlləsinə yenidən baxılmasını təklif edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, seçki günü bəzi nöqsanlar baş verib: “Əlbəttə, YAP olaraq biz qanunun tələblərinə əməl etmişik. Ancaq elə rəqiblərimiz oldu ki, seçki sözünü eşidən kimi sosial şəbəkədə kampaniyaya başladı. Videoçəkilişləri də müşahidə etdik. Bir sıra namizədlər qanunu pozaraq videoçəkilişlər həyata keçirirdilər.

Deputatlığa namizədin seçki günü heç bir məsuliyyəti yox idi. Elə namizəd var idi ki, seçki günü seçki qutusunun üzərində əyləşmişdi”.

Məlahət İbrahimqızı bu cür halları önləmək üçün Seçki Məcəlləsinə dəyişikliyin zəruri olduğunu bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər