31 Mart 2020 21:07
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlər Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda bildirilib.

"Həmsədrlər bu "seçkilərin nəticələri"ni Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Eyni zamanda nəticələrin heç bir şəkildə Dağlıq Qarabağın son statusunu və ya münaqişənin davamlı və dinc yolla nizamlanması üzrə aparılan danışıqların sonucunu əvvəlcədən müəyyənləşdirmədiyini vurğulayırlar", - sənəddə vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər