9 Aprel 2020 13:19
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.

Daha sonra hesabat deputatların müzakirəsinə çıxarılıb. Daha sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.


Müəllif: Teleqraf.com