Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
Teleqraf.com bu məktubların daha bir neçəsini təqdim edir:
Möhtərəm Prezidentimiz. Son bir neçə aydır ki, dünyanı bürüyən koronovirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli İlham Əliyev cənabları hər zaman öz xalqının yanındadır. Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımızı dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, Əhmədov Şəmsəddin Məhəddin oğlu Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.
***
Hörmətli cənab Prezident. Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.
Dərin hörmətlə, Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov Sevda Qasımova Mətanət Abbasova Humay Talıbova Brilyand Mursalova Çingiz Muradlı və başqaları. Azərbaycan Respublikası, İsmayıllı şəhəri.
***
Hörmətli cənab Prezident. Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz. Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.
Hörmətlə, Bağırzadə Mirəsgər Mirqasım oğlu, N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru. Azərbaycan Respublikası, Masallı rayonu, Xanalion kəndi.
***
Möhtərəm cənab Prezident. Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər.
Hörmətlə, Paşayev Bəhmən Rəsul oğlu. Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
***
Hörmətli cənab Prezident. Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq. Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun.
Hörmətlə, Məhərrəmov Mətləb İbrahim oğlu Quliyev Telman Qəhrəman oğlu Həsənova Aygün Abasqulu qızı Allahverdi Mehriban Mahmud qızı və başqaları. Azərbaycan Respublikası, Gəncə şəhəri.
***
Hörmətli Prezident. Koronovirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz. Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu.
Hörmətlə, Bağırov Qabil Qafarov Dadaş Rzayev Teymur Musayev Ceyhun və başqaları. Azərbaycan Respublikası, Salyan rayonu, Marışlı və Seyidsadıqlı kənd sakinləri.
***
Cənab Prezidentimiz. Sizi şəxsən öz adımdan, ailəmin adından və 6 yaşlı oğlum Bəyazidin adından salamlayıram. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq. Koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Siz xalqın yanında olur, onun hər bir probleminə həssaslıqla yanaşır və onu həll edirsiniz. Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız. Cənab Prezidentim, mən bir vətəndaş olaraq Sizin gördüyünüz bütün işləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımı bildirirəm. Mən və oğlum Sizi görmək ümidi ilə Şirvan şəhərinizə səfər edəcəyiniz günü səbirsizliklə gözləyirik. Sizi çox sevirik. Tutduğunuz yolda Sizə daim uğurlar arzulayıram. Uca Rəbbim hər bir işinizdə Sizə yardımçı olsun.
Hörmətlə, Mustafayeva Taclı Əbdüləhəd qızı. Azərbaycan Respublikası, Şirvan şəhəri.
***
Hörmətli cənab Prezident. Sizin rəhbərliyimizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi. Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!
Hörmətlə, Baxşəliyev Nurlan Cavanşir oğlu Qasımov Məzahir Tahir oğlu Hümbətov Aqil Məsi oğlu. Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.
***
Hörmətli cənab Prezident. Dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. İnşallah, Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq. Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq.
Hörmətlə, Məcidov İlham Həsən oğlu Quliyev Eyvaz Nəcəf oğlu. Azərbaycan Respublikası, Neftçala rayonu, Xolqaraqaşlı kəndi.
***
Hörmətli cənab Prezident. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik.
Dərin hörmətlə, Vahidi Yusif Fərhad oğlu Azərbaycan Respublikası, Bərdə rayonu.
***
Hörmətli cənab Prezident. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Belə çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq.
Dərin hörmətlə, Milli Qəhrəman ailəsi Quliyeva Ülviyyə Qabil qızı Azərbaycan Respublikası, Füzuli rayonu.
***
Hörmətli cənab Prezident. Hazırda koronavirus pandemiyası nəticəsində dünyada hər gün yüz minlərlə insan xəstəliyə yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir və milyonlarla insan müxtəlif şəkildə bu pandemiyadan maddi və mənəvi zərər görür. Bu çətin günlərdə biz bir daha şahidi olduq ki, dövlətimiz dünyada baş verən bütün prosesləri olduqca həssaslıqla izləyir və öz vətəndaşlarının pandemiyadan əziyyət çəkməmələri, zərərlərin ən minimum səviyyəyə endirilməsi üçün lazım olan bütün qabaqlayıcı və tənzimləyici tədbirləri vaxtında, qətiyyətlə həyata keçirir. Dünyanın aparıcı dövlətlərinin belə aciz qaldığı bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması doğrudan da təqdirəlayiqdir, sevindirici və qürurvericidir. İstər xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi, istərsə də xəstəliyə yoluxmuş və yoluxma riski olanların müalicəsi, qorunması baxımından Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma ortaya qoydu. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident!
Dərin hörmətlə, Qaragözov Sübhan Müsavər oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.
***
Möhtərəm cənab Prezident. Bütün dünyanın koronovirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, həmçinin Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza etdiyiniz müraciətlər xalqımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronovirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir. Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə, gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.
Dərin hörmətlə, Heydərli Fuad Hacı oğlu Azərbaycan Respublikası, Bakı şəhəri.
***
Əziz Prezidentim. Bizim ailə Sizin qayğınızı daim hiss edib. Hazırda mən tək yaşasam da, özümü tənha hiss etmirəm. Məlum səbəblərdən ölkəmizdə baş verən çətinliklərə baxmayaraq, Sizdən yenə də qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun. Doğrudan da biz birlikdə güclüyük.
Hörmətlə, Əzimzadə Telman Süleyman oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.
***
Hörmətli cənab Prezident. Biz Yeni Suraxanı qəsəbəsinin sakinləri Sizə qəsəbəmizdə daxili yolların təmirinin başa çatdırıldığına görə səmimi təşəkkürlərimizi bildiririk. Bu işlər ilin əvvəlindən başlasa da, qayğılı günlərdə başa çatdırıldı. Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir. Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq. Gecə-gündüz çalışdığınıza görə qəsəbəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə, Hüseynov Vidadi Kazımov Rüstəm Baxışov Natiq və başqaları. Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.
***
Möhtərəm cənab Prezident. Bu gün dünya ölkələri qarşısında ciddi problemə çevrilmiş COVİD-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlər biz sadə vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. İstər koronovirusun yayılmasının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın bu virusun təsirlərindən qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxımdan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi və bütün bu işlərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti vətəndaş olaraq bizim özgüvənimizi daha da artırır. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini, bir neçə gün əvvəl xalqımıza bir ana qayğısı ilə, sevgi və səmimiyyətlə müraciətini də qeyd etməyi özümə borc bilirəm. Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşayırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsi və bunun nəticəsində biz sadə insanların dövlətə inamının daha da möhkəmlənməsidir. Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusunuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun. Dərin hörmətlə, Hacıyev Niyaz Qurban oğlu Azərbaycan Respublikası, Goranboy rayonu, Xan Qərvənd kəndi.
***
Əziz və hörmətli cənab Prezident. Bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizlərə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Sizin göstərişinizlə bütün sahələrdə işlər qaydasında olması üçün lazımi tədbirlər görülür. Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir. Möhtərəm cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirməklə bərabər, əminliyimizi ifadə edirik ki, Sizin rəhbərliyinizlə qısa zamanda bu çətinliklərdən az itkilərlə çıxacaq, əvvəlki həyatımıza qayıdacağıq. Bu yolda hamımıza cansağlığı, uğurlar arzulayırıq.
Hörmətlə, Ələsgərov Pənah Ələkbər oğlu, Mehrəliqışlaq kənd ümumi orta məktəbin direktoru. Azərbaycan Respublikası, Xaçmaz rayonu, Canaxır kəndi.
***
Möhtərəm Prezident, cənab İlham Əliyev. Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir. Cənab Prezident, son illər ölkəmizdə, o cümlədən Qubada reallaşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğulamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır. Artıq əraziyə qazın verilişi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraşdırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşası da yaxın vaxtlarda başlanacaq. Bütün bu işlərə görə Dəvədabanı yaşayış massivinin üç min sakini adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, Mirzəyev Sərxan Eldar oğlu. Azərbaycan Respublikası, Quba rayonu.
***
Hörmətli cənab Prezident. Mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq ilk öncə təhsil sahəsinə göstərilən qayğıya, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm. Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınmamaları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun.
Hörmətlə, Məmmədova Cəmalə Ayaz qızı. Azərbaycan Respublikası, Füzuli rayonu, 5-ci Zobucuq qəsəbəsi.
***
Hörmətli cənab Prezident. Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.
Dərin hörmətlə, Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov Sevda Qasımova Mətanət Abbasova Humay Talıbova Brilyand Mursalova Çingiz Muradlı və başqaları. Azərbaycan Respublikası, İsmayıllı şəhəri.